Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Feysbuk səhfəsində bildirilib.
Bəyanatda, həmçinin qondarma Dağlıq Qarabağ rejiminin fevralın 20-də keçirilən “referendum”u da tanımadığı da vurğulanıb:
“Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”.
VOİCEPRESS.AZ