“Kaşki kök insanlara belə davranmasalar, belə üzməsələr”

23 Fevral, 15:50

Müasir dünyanın qlobal problemlərindən biri insanların artıq çəki və piylənmədən əziyyət çəkmələridir. Az hərəkətlilik, genetik meyllilik, stress və nevrozlar bəzi insanların həddən artıq kökəlməsinə səbəb olur. Adətən piylənmədən əziyyət çəkən belə insanlar bütün ömrü boyu hərəkət sərbəstliyini itirir, ürək-damar xəstəliklərindən əziyyət çəkir. Piylənmə artıq bütün dünyada ciddi problemə çevrilib. Piylənməyə cavan insanlarda və hətta uşaqlarda da tez-tez təsadüf edilir. Piylənmə tək kosmetik qüsur deyil, bu çox ciddi pozulmadır. Piylənmə bir çox xəstəliklərin (ürək-damar sistemi xəstəlikləri, diabet, bəzi xərçəng növləri, sonsuzluq və s.) inkişafına səbəb olur. Fiziki ziyanlarından əlavə artıq çəki insanlarda güclü psixoloji problemlər yaradır. Bəzən insanlar artıq çəkinin verdiyi xarici görünüşdən depressiyaya düşür, ən pis halda depressiyadan çıxa bilməyən insan intihara da əl atır. Lakin müasir zamanda köklüklə mübarizə üsulları da az deyil. Kimiləri artıq çəkidən xilas olmaq üçün tibbi yardıma, kimiləri müxtəlif dietlərə müraciət edir. Ölkəmizdə də köklükdən əziyyət çəkən insanlar az deyil.

VOİCEPRESS redaksiyamıza ünvanlanan bir məktubu təqdim edir:

Adım Nəzrin, 1992 -ci ildə Sumqayıtda anadan olmuşam. Atam mən hələ doğulmadan anamla yollarını ayırıb. Anam tək- tənha məni dünyaya gətirib. Uşaqlığım çox maraqlı və şən keçib. Atam olmadığına görə hər kəs məni əzizləyirdi, istədiyim hər şey hər zaman olub. heç nəyə görə yox olmaz, eşitməmişəm. Məktəbdə də atalı uşaqları görəndə mənə qəribə gəlirdi. Üzülürdümmü desəm üzülürdüm. Gəlib nənəmdən soruşurdum ki, “nənə mənim atam niyə yoxdu”? Hər zaman uzağa getdiyini deyər, ancaq heç bir zaman gələcək demirdi…

Məktəbi bitirdim və bir gün çox ağır alergiya oldum. Bədənim elə yaralar tökdü ki, nəfəs almaq belə mənim üçün çox çətin idi. Hansı həkimə müraciət etdiksə, düz diaqnoz qoyulmadı, düzgün müalicə edilmədim. Ömrümün ən gözəl, ən maraqlı vaxtlarında mən klinikalarda, xəstəxanalarda olmuşam. Düzgün olunmayan müalicələr nəticəsində mən kökəlməyə başladım. Hər gün bir az kökəldim. Təbii olaraq geyimlərim daralmağa başladı. 20 yaşım olanda mən artıq 100 kilo idim. Hər kəs üzdən gözəlsən, amma arıqla deyirdi. Artıq güzgü önündəki gördüyüm çirkinlikdən əlavə bu köklük sağlamlığıma da ciddi ziyan vururdu. İstədiyim kimi hərəkət edə bilmir, həyat mənim üçün çox çətin olmuşdu. Bu köklük artıq mənə psixoloji cəhətdən də çox pis təsir etməyə başlamışdı. Hamı sənə lağ edir, qınayan gözlərlə baxır, hər yerdə utanmalı, çəkinməli olursan. Ətrafımdakı hər kəs məni çox sevsə də, məni belə qəbul etsələr belə məni bu üzüntüdən, bu əziyyətdən xilas edə bilmirdilər. İllər keçdikcə daha da çəki aldım.

24 yaşında 130 kilo olmaq hədsiz utanc verici və dözülməz hal aldı. Düşünün, insanlar sənə lağ edir, cəmiyyət arasında hər kəsin gözü üzərində olur. Hər hansı bir kafede, restoranda yemək yeyə bilmirsən, çünki sən köksən…
Müxtəlif pəhrizlər etdim, idmanlar etməyə çalışdım. Lakin heç bir nəticə əldə edə bilmədim. Artıq həyatdan küsmüşdüm, həyat mənim üçün maraqlı deyildi. Özümə qapanıb, zaman-zaman depressiyaya düşürdüm.
Bu son illər heç yerə getmir, insanlardan, hər kəsdən qaçdım, evə qapandım. Ən yaxın dostların belə mənimlə zarafat edir, köklüyümə lağ edir, qəlbimin necə sındığını bilmədən. Mən çox pozitiv, amma eyni zamanda çox həssas biriyəm. Hər kəsin zarafatına gülsəm də içdən çox qırılırdım. Bu son ildə lap incindim qırıldım. Ən əsası həyatında heç kim olmur (sevgi anlamda), heç kim səni bəyənmir, səni ciddiyə almır, ancaq dost gözü ilə baxır.

Kaşki kök insanlara belə davranmasalar, belə üzməsələr. Bir gün internetde köklüklə bağlı cərrahiyyələr haqqında araşdırma edirdim. Bir gün qarşıma məşhur bir həkimin videosu çıxdı, məni cəlb eledi. Bariatrik əməliyyat mədənin kiçildilməsi haqda məlumatlar topladım. Həmin həkimlə əlaqə saxladım və qəbuluna yazıldım.
Bir çox presudurlardan keçdim, analzlər verdim və əməliyyata hazır idim artıq. Çoxdan gözlədiyim gün gəldi, 8.02.2017-ci il…
Bu əməliyyat mənim həyatımı dəyişəcəkdi, mənə əziyyət verən artıq çəkilərdən xilas olacaqdım zamanla və insanların mənə alçaldıcı baxışlarından xilas olacaqdım. Doğrudur əməliiyat qorxusu da yaşayırdım. Lakin düşünürdüm ki, belə yaşamaq onsuzda hər gün məni mənən öldürür. Artıq sağlamlığımda da müəyyən problemlər yaşayırdım. Ona görə də bu əməliyyat mənim son çıxış yolum idi.
Çox şükür əməliyyat uğurlu keçdi. 10 gün ərzində 9 kq çəkim azalmışdı. Təsəvvür edin mən nə qədər xoşbəxt idim. Bu gün də gün-gündən çəkimin azaldığını hiss edirəm.

Bu yazını sizə yazmaqda məqsədim, mənim kimi insanlar cəmiyyətimzdə çoxdur. Mən bu həyatı gənc yaşımda yaşadım. Zaman-zaman həyatdan küssəm, bezsəm də təslim olmadım. Bu əməliyyat mənim həyatımı dəyişdi, dəyişməkdə də davam edir. Köklükdən əziyyət çəkən insanlara müraciət etmək istəyir, onlara demək istəyirəm ki, təslim olmayın. Araşdırın, köklükdən xilas olamağa çalışın. Qıraqdan sizin qəlbinizi qırdıqlarını, həyatdan küsdüdüklərini hiss etmədən sizə alçaldıcı nəzərlərdən qorxmayın, ən birinci öz psixoloji və fiziki sağlamlığınız üçün mübarizə aparın. VOİCEPRESS saytına məktubumu yayınladığı üçün təşəkkür edirəm. Çalışacam hər ay yaşadığım dəyişikliyi sizə təqdim edim. Ümid edirəm mənim bu yazım bir çox köklükdən əziyyət çəkən insanlara yardım olacaq.
İnsanlardan bir xahişim var. Kök insanlar çox həssas və qırılqan olur. Xahiş edirəm onları üzməyin, qeyri- ciddi davranmayın, onları azda olsa anlayın və dəstək olun!

Qeyd edək ki, Bariatrik əməliyyat mədənin kiçildilməsi ilə bağlı müxtəlif növ əməliyyatlara deyilir. Son zamanlar artıq çəkidən xilas olmaq üçün ən çox yayılan üsul mədə kiçiltmə əməliyyatıdır. Mədə kiçiltmə əməliyyatı hazırda bütün dünyada, Avropada, Türkiyədə çox geniş yayılıb.

Azərbaycanda da son zamanlar geniş yayılan bu əməliyyat üçün mütləq göstəriş lazımdır. Yəni bir il ərzində 2 müxtəlif dietoloqdan xəstə nəticə ala bilmirsə, bədən kütlə indeksi 35-in üzərindədirsə və bir çox xəstəliklərin riski artırsa, onda bu əməliyyatı etmək olar. Amma burada bir komanda işi önəmlidir. Burada cərrah, kardioloq, qastroenteroloq, dietoloq və s. hamısı birgə qərar verməlidir


Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here