Nazir: Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyadan İran 1,7 milyard dollar gəlir əldə edib

25 Fevral, 14:59

İran Azərbaycanın qeyri-neft sektoruna investisiyanı genişləndirmək niyyətindədir.

VOİCEPRESS-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib:

“Bildiyiniz kimi, İran Azərbaycan iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyub, amma bunun böyük hissəsi neft sektorunun payına düşür. Artıq İran şirkətləri həmin investisiyadan 1,7 milyard dollar gəlir əldə ediblər. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə hələki tərəfləri qane etmir. Ona görə də biz qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaq niyyətindəyik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here