İrs və Birlik partiyaları, həmçinin Ermənistanda keçmiş müdafiə naziri Seyran Ohanyan, parlament seçkilərində birgə iştirak edəcəklər.
VOİCEPRESS xəbər verir ki, Armenpress-ə müsahibəsində İrs partiyasının sədr müavini Armen Martirosyan bildirib ki, təşkilat kollegiya iclası zamanı Seyran Ohanyan Vardan Oskanyan ittifaqında birləşməyi qərara alıb.
“Üç xadim, Seyran Ohanyan, Vardan Oskanyan və Raffi Hovhannisyan birləşirlər və ölkədə vəziyyətin dəyişdirilməsi üçün ümumi mübarizəyə qoşulurlar”, – deyə Martirosyan bildirib.
O həmçinin vurğulayıb ki, “İrs” partiyasından deputat Zarui Postancyan hər hansı blokun əleyhinədir və seçkilərdə iştirak etməyəcək: “O, qarşıdakı seçkilərdə iştirak etmək üçün ittifaqa qarşı çıxdı”.
Qeyd edək ki, bu gün “İrs”, “Birlik” partiyaları və Seyran Ohanyanın qarşıdakı seçkilərdə iştirak etməsi ilə bağlı memorandum imzalanıb.
VOİCEPRESS.AZ