Miqrasiya Xidməti Məhəmməd Əlinin oğlunu saxlayıb

25 Fevral, 12:32

Miqrasiya Xidmətinin əməkdaşları dünya şöhrətli boksçu Məhəmməd Əlinin oğlu Florida hava limanında saxlanılıb.

VOİCEPRESS-in məlumatına görə, insident fevralın 7-də Məhəmməd Əli (oğul) anası Xəlilə Əli ilə Yamaykadan Floridaya gələrkən baş verib.

“Miami New Times” qəzeti yazır ki, məşhur boksçunun oğlu 2 saat saxlanılıb, dindirilmə zamanı ondan iki dəfə dini mənsubiyyəti soruşulub.

Ailənin üzvü və sabiq federal prokuror Kris Mançininin sözlərinə görə, Məhəmməd Əlinin (oğul) kriminal keçmişi yoxdur, o, ABŞ vətəndaşıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here