Minlərlə amerikalı Sorosu ölkədən qovmağı tələb edir

16 Fevral, 19:14

Doqquz mindən çox amerikalı ABŞ Prezidenti Donald Trampa ərizə ilə müraciət edərək milyarder Corc Sorosu vətəndaşlıqdan məhrum etməyi və onun ölkə ərazisinə girişinə qadağa qoymağı tələb etmişdir. VOİCEPRESS xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi xəbər verir.
Sənəddə deyilir: “Prezident Tramp, sizdən Sorosun həbsinə order verməyi xahiş edirik, çünki o, adamları pulla ələ alaraq qiyamlara və etiraz aksiyalarına cəlb edir. Corc Sorosun ABŞ-da qalmasını və ölkəmizi dağıtmasına imkan vermək olmaz”. İmza toplanması davam edir.
Xatırladaq ki, bu ilin yanvarında ABŞ-ın paytaxtında Trampın Prezident kimi and içməsi ilə əlaqədar “Qadınların Vaşinqtona yürüşü” adı altında kütləvi etiraz aksiyası keçirilmişdir. O vaxt yerli KİV yazırdı ki, qadınların yürüşü ilə əlaqəli olan 50-dən çox təşkilat Soros tərəfindən maliyyələşdirilmişdir.
Soros siyasətlə fəal məşğul olur. Milyarder inkar etmir ki, onun pulu 2004-cü ildə Ukraynada “narıncı inqilab”ın və 2013-cü ildə Avromaydanın təşkilinə kömək etmişdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here