Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb

4 Fevral, 16:13

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb.



VOİCEPRESS ölkə.az-a istinadən xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil.

Komitə iclasında “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı.

Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda – yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.

Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here