Metroda terrorçu saxlanılıb: Cibindən bu FOTO çıxdı
İstanbulda metro stansiyası çıxışında şübhəli Suriya vətəndaşı saxlanılıb.
VOİCEPRESS Milli.Az -a istinadən bildirir ki, şübhəlinin mobil telefonunda baxış zamanı İŞİD terror təşkilatı üzvü olduğu iddia edilən çox sayda əli silahlı şəxslərlə birlikdə çəkilmiş fotolar aşkar edilib.
Saxlanılan şəxsdən 6 min TL və iki ədəd mobil telefon da aşkar edilərək götürülüb.
Şübhəlinin dindirilməsi zamanı qardaşının İŞİD tərkibində döyüşərkən öldürüldüyü məlum olub. İŞİD üzvü olduğu iddia edilən şəxsin dindirilməsi davam edir.
VOİCEPRESS.AZ