Argentinanın baş məşqçisi Edqardo Bausa 2018 mundialında millinin çempion olmağa çalışacağını bildirib.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, Bausa bu istəyə çatmaq üçün Roma Papasından kömək istəmək barədə sualı belə cavablandırıb:
“Roma Papasından bizim üçün dua etməsini istəməyəcəyik. Onun problemləri kifayət qədərdir. Messi formada olsa, Papadan kömək istəmək lazım gəlməyəcək.
Kapitanı Messi olan komandanın dünya çempionu olmasını təsəvvür edə bilirəm. Özümü də həmin komandanın baş məşqçisi kimi görmək arzumdur. Messinin məşqçisi olmaq təzyiq deyil, əksinə üstünlükdür”.
VOİCEPRESS.AZ