Məşhur prodüser həbs edildi

21 Fevral, 10:41

Haqqında həbs cəzası çıxarılan prodüser və rejissor Murat Erakalın Bursanın İnegöl mahalında həbs olunub.

VOİCEPRESS gazetevatan-a istinadən xəbər verir ki, Mersin Ağır Cəza Məhkəməsi tərəfindən “İnformasiya sistemlərinə girərək oğurluq” cinayət əməli ilə bağlı haqqında 5 il 3 ay həbs qərarı çıxarılan Erakalını reklam çəkilişi üçün gəldiyi İnegöldə polislər saxlayıblar.

Murat Erakalın kimdir?

Murat Erakalın məşhur rejissor Ülkü Erakalının oğludur. Özü də atası kimi rejissorluq edib. 2000-ci ildən bu yana bir çox layihəyə imza atıb. Bunlardan ən məşhurları “Japonyalı gelin”, “Dudaktan Kalbe” və “Kara Gün” seriallarıdır. Atası Ülkü Erakalın 2016-cı ilin aprelində vəfat edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here