Prezident İlham Əliyev M.S.Əsədova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
VOİCEPRESS xəbər verir ki, sərəncamda deyilir:
VOİCEPRESS xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Məhərrəm Soltan oğlu Əsədova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin”.
VOİCEPRESS.AZ