Məhəmməd Abdullahi Məhəmməd prezident oldu

8 Fevral, 22:09

Somalidə keçirilən prezident seçkilərində 55 yaşlı keçmiş baş nazir Məhəmməd Abdullahi Məhəmməd qalib gəlib.

VOİCEPRESS xəbər verir ki, bundan əvvəl prezident vəzifəsini tutan Həsən Şeyx Mahmud məğlubiyyətini etiraf edib.

Somali qanunvericiliyinə əsasən, dövlət başçısını parlament seçir. Məhəmməd Abdullahi Məhəmməd deputatlar arasında keçirilən səsvermənin 3-cü turunda qalıb gəlib.

Qeyd edək ki, yeni prezident ABŞ-da təhsil alıb və ikili vətəndaşlığa malikdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here