Marqvelaşvilidən çağırış: Nəticələri tanımayın

7 Fevral, 16:58

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Cənubi Osetiyada aprelin 9-na nəzərdə tutulmuş prezident seçkilərini və referendumu kəskin tənqid edib.



VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dövlət başçısı beynəlxalq ictimaiyyəti seçkilərin və referendumun nəticələrini tanımamağa çağırıb.

G.Marqvelaşvili işğal olunmuş ərazilərdə referendum və seçkilərin keçirilməsini qanunsuz hesab edir:

“Mərkəzi hakimiyyətin razılığı olmadan Gürcüstanın bölgəsinin adının dəyişdirilməsi üçün istənilən cəhd Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək deməkdir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here