İlk dərs Xocalı soyqırımına həsr ediləcək

4 Fevral, 08:35

Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevralın 24-də ilk dərs Xocalı soyqırımına həsr ediləcək.



Təhsil Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” əmr verib.

Əmrin icrası ilə bağlı imzalanan Fəaliyyət Planına əsasən, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2017-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here