Bir neçə laboratoriyanın tədqiqatçıları Rusiyada 2016-cı ilin ən yaxşı antivirusunu müəyyən ediblər.
VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, qaliblər artıq məlumdur.
“AV-Comparatives” laboratoriyanın fikrincə, zərərverici proqramlardan ən yaxşı qoruyucu
“Avira Antivirus Pro 2016” antivirusu olub. “AV-Test” laboratoriyası isə hesab edir ki, qələbəni “Norton Security 2016” antivirusuna vermək lazımdır.
Məlumatların bərpa olunmasına həsr edilmiş nominasiyaların birində isə qələbə eyni anda tədqiqatın iki iştirakçısına verilib. Bunlar “Avira Antivirus Pro 2016” və “Kaspersky Virus Removal Tool” antivirusları olub.
Qeyd etmək lazımdır ki, bu proqramların hər biri ödənişsizdir.
VOİCEPRESS.AZ