Leyla Əliyeva çağırış etdi: “Hərəkətə keçməyin vaxtıdır”

13 Fevral, 14:21

Bu həftə Berlində İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə “Live Life” adlı sərgi açılıb.



VOİCEPRESS-in məlumatına görə, Sərginin açılışında İDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Leyla Əliyeva bildirib ki, sərgidə nümayiş olunan rəsm və instalyasiya əsərləri ilə həyatın sehri və təbiətin gözəlliyi göstərilib.

“Bu cür gözəl və dinamik şəhərdə sərginin təşkil edilməsinə şad olduq. Sərgi bizim üçün vacib olan ətraf mühit və təbiətin qorunmasına həsr olunub. 11 iqlim tipindən 9-u Azərbaycandadır. Təbiətimizin qorunması üçün 5 il əvvəl İDEA hərəkatını yaratdıq. İctimai Birliyin dəstəyi ilə 5 milyon ağac əkilib, məktəb və universitetlərdə ekologiyadan dərslər keçilib, sənədli filmlər çəkilib, kitablar çap olunub. İDEA-nın əsas məqsədlərindən biri nəsli kəsilməkdə olan heyvanların, xüsusilə Xəzərdə dənizində yaşayan ağ balığın, bəbirin və.s mühafizəsini həyata keçirməkdir”, – deyə Leyla Əliyeva bildirib.

İDEA-nın təsisçisi təbiəti qorumaq üçün birlikdə hərəkət etməyə çağırış edib: “Artıq hərəkətə keçməyin vaxtı çatıb. Brakonyerlər hər saatda 4 fili, 11 min akulanı öldürür. Son araşdırmalara görə, vəhşi heyvanların sayı 58 faizə qədər düşüb. Biz vəziyyəti dəyişə bilərik.”

Ekspozisiyada IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın, rəssamlar Rahim Çopurov, Nailə Sultan, Culian Melkiori, Məryəm Ələkbərli, Ləman Həsənova, Nok Kural, videoqraf Timur Özdəmirov və fotoqraf Teo Allofzun əsərləri nümayiş olunur.

Sərgi iyunun 26-dək davam edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here