Lerikdə QAR UÇQUNU: Bəzi kəndlərlə əlaqə kəsildi

17 Fevral, 12:03

Cənub bölgəsinə güclü qar yağıb.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, Lerik rayonunun ucqar kəndlərində qarın qalınlığı 1,5 metrə çatıb. Rayon mərkəzini kəndlərlə birləşdirən, Bürsülüm ərazi vahidliyindən keçən yolda qar uçqunu baş verib. Bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.
Rayonun Orand ərazisində qarın qalınlığı 1,5 metrdən çoxdur və yollar bağlanıb. Ötən gündən rayonun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi fasilələrlə verilsə də, bəzi kəndlərdə işıq tamamilə sönüb. Elektrik naqilləri və dirəklər sıradan çıxıb.

Lənkəran şəhəri ərazisində qarın qalınlığı 15 santimetrə çatıb. Rayonun ucqar dağ kəndlərində isə qarın qalınlığı 1 metrdən çoxdur. Ucqar kəndlərlə əlaqə kəsilib və elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Ötən gecə yağan qar güclü küləklə müşahidə olunduğundan yollar buz bağlayıb və nəqliyyatın hərəkəti çətinləşib. Rayondakı texnikalar əsas yolların qardan və buz qatından təmizlənməsinə yönəldilib. Rayonun dağ kəndlərində yerləşən orta məktəblərdə davamiyyət minimuma enib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here