Lavrov və Tillerson arasında ilk görüşün keçiriləcəyi yer məlum olub

10 Fevral, 22:54

ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

VOİCEPRESS xəbər verir ki, bu barədə TASS agentliyinə Vaşinqtondakı diplomatik mənbə bildirib.

Məlumata əsasən, Tillersonla Lavrovun ilk görüşü gələn həftə Almaniyanın Bonn şəhərində keçiriləcək.

Qeyd edək ki, fevralın 16-17-də Bonnda “G-20” (“Böyük iyirmilik”) ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə məsləhətləşmələr keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here