Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanı “Dostluq ordeni” ilə təltif edib.
Bu barədə VOİCEPRESS RİA Novosti-yə istinadən məlumat verir.
Öz növbəsində, E.Nalbandyan Rusiya Xarici İşlər Nazirliyinin bir sıra əməkdaşlarını Ermənistan XİN-in medalları ilə təltif edib.
Qeyd edək ki, Rusiya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə ATƏT Minsk qrupunun həmsədr ölkəsidir.
VOİCEPRESS.AZ