Latviya ZUBR marşrutunu Azərbaycan və Çinə qədər uzatmaq istəyir

13 Fevral, 20:28

Latviya konteyner qatarlarının ZUBR marşrutunu Ukraynadan Azərbaycana, daha sonra isə Çinə qədər uzatmaqda maraqlıdır.



VOİCEPRESS bildirir ki, trend-in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinqdə deyib.

E.Rinkeviçs qeyd edib: “Fikrimcə, bu məsələnin üzərində işləyəcəyik”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, ZUBR siyasi baxımdan maraqlı layihədir:

“Siyasi nöqteyi-nəzərdən 3 dənizi – Baltik, Qara dəniz və Xəzəri birləşdirir. Bu isə özlüyündə 3 fərqli regionun birləşməsinə xidmət edir”.

Qeyd edək ki, ZUBR Latviya, Belarus, Ukrayna və Estoniyanın birgə layihəsidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here