“Lap tutaq ki, nazir at alıb…” – Nazirlikdən açıqlama

14 Fevral, 16:42

Bir neçə gündür bəzi mətbuat səhifələrində və sosial şəbəkələrdə gənclər və idman naziri Azad Rəhimovun 300 min manatlıq at alması barədə xəbərlər yazılır.

VOİCEPRESS xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a açıqlamasında yayılan xəbəri şayiə adlandıraraq, deyib ki, ortaya sübut da qoymalıdırlar.

“Tutaq ki, nazir at alıb, ya da almayıb. Bundan kimə nə! Bu cür xəbərləri yazıb şayiə yayanların suallarına cavab vermək fikrim yoxdur. Özünə hörmət edən agentlik,ya da sayt belə xəbəri yayırsa, bu faktı sübut da etsin. Mən isə nazirliyin mətbuat katibi olaraq bu cür suallara cavab verməyi nə özümə yaraşdırıram, nə də sığışdırıram!»

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here