Kürdəmir Uşaq kitabxanasında “Bu vətənə canımız fəda olsun” adlı tədbir keçirildi

14 Fevral, 13:45

Bu gün Azərbaycanda Hərbi-Hava Qüvvələri Günüdür.

1992-ci ildə Milli Ordunun Hərbi-Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan 14 fevral – Azərbaycanın Hərbi-Hava Qüvvələri Günü kimi qeyd olunur.

VOİCEPRESS-in Kürdəmir rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bu münasibətlə Kürdəmir Uşaq kitabxanasında “Bu vətənə canımız fəda olsun” adlı tədbir keçirilib. N saylı hərbi hissəsinin hərbiçiləri mayor Mustafa İsgəndərov, təyyarəçilər Tofiq Kərimov və Tağızadə Anar kitabxananın qonağı olub. Onlar Azərbaycan Hərbi-Hava Qüvvələrinin yaranma tarixi haqda geniş məlumat verib.
Hərbiçilər bildirib ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində inamla deyə bilərik ki, Azərbaycanın qüdrətli, güclü, nizami ordusu vardır: “Böyük və şərəfli yol keçən müstəqil Azərbaycan Respublikası iqtisadi inkişaf templərinə görə təkcə Qafqaz regionunda deyil, dünya miqyasında lider dövlətlərdəndir. Bu gün NATO standartlarına uyğun yenidən qurulan silahlı qüvvələrimizi ən müasir silah, hərbi texnika, sursat və s. təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması istiqamətində işləri uğurla həyata keçirilir. Respublikamızda “Qaranquş” və “Şahin” müasir pilotsuz uçuş aparatlarının istehsal edilməsi hər birimizdə böyük qürur hissi doğurur. Kifayət qədər geniş ərazidə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verən bu aparatların silahlı qüvvələrimizin sərəncamına verilməsi o deməkdir ki, Azərbaycan 25 illik müstəqillik dövründə özünün nəhəng hərbi sənayesini, hərbi potensialını formalaşdırmağı, gücləndirməyi bacarmışdır. Cənubi Qafqaz regionunda özünün iqtisadi inkişafı, nüfuzu, geostrateji əhəmiyyəti və diplomatik çevikliyi ilə xüsusi seçilən ölkə olan Azərbaycan öz imkanları ilə pilotsuz təyyarələri istehsal edərək hərbi arsenalına qəbul etməsi bir daha sübut etdi ki, artıq o, dünya gücləri sırasına da yüksəlməyə qadirdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, güclü dövlətin güclü ordusu olmalıdır.”

Tədbir iştirakçılarına “Azərbaycan Şahinləri” adlı video film təqdim edilib. Sonda xatirə şəkilləri çəkilib.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here