Güllə Ərdoğanın baş yavəri həbs olundu

15 Fevral, 22:51

Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində sabiq prezident Abdullah Gül və hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın baş yavəri (hərbi müşaviri) Bekir Furkan Özdaban həbs olunub.

VOİCEPRESS “qafqazinfo”-ya istinadən xəbər verir ki, Özdaban yanvarın 16-da 7 polkovniklə birlikdə Şimali Kipr Türk Cumhuriyyətində polislər tərəfindən saxlanılaraq Ankaraya gətirilmişdi.
8 nəfər məhkəmədə dindirildikdən sonra onların xarici ölkəyə səyahətləri qadağan olunmuş və sərbəst buraxılmışdılar. Lakin Ankara Cumhuriyyət Baş Prokurorluğu bu gün onun buraxılmasına etiraz edəndən sonra B. Özdaban Ankara 1-ci Sülh Cəza Məhkəməsində dindirilib və haqqında həbs-qətimkan tədbiri seçilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here