VOİCEPRESS bildirir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparır.
İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
ABŞ idmançıları ilə keçiriləcək son görüş sabah saat 9:00-da başlayacaq.
I Round
Rusiya – Azərbaycan – 4:4 (29-32)
57 kq – Artyom Gebekov – Georgi Edişeraşvili 5:2
61 kq – Camal Otarsultanov – Əli Rəhimzadə 6:6*
65 kq – Alan Gogaev – Hacı Əliyev 1:2
70 kq – Maqomedxabib Kadimaqomedov – David Suynuçxanov 10:6
74 kq – Radik Valiev – Cəbrayıl Həsənov 2:6
86 kq – Vladislav Valiev – Şərif Şərifov 2:1
97 kq – Rasul Maqomedov – Nurməhəmməd Hacıyev 2:1
125 kq – Vladislav Baitsaev – Cəmaləddin Məhəmmədov 1:8
II Round
Azərbaycan – Gürcüstan 5:3
57 kq – Mahir Əmiraslanov – Otari Gogava 5:5*
61 kq – Əli Rəhimzadə – Giorgi Revazişvili 12:2
65 kq – Hacı Əliyev – İveriko Julakidze 10:0
70 kq – David Suynuçxanov – Konstantin Xabalaşvili 7:5
74 kq – Cəbrayıl Həsənov – Jumber Kvelaşvili 5:0
86 kq – Şərif Şərifov – Davit Xutsişvili 2:2*
97 kq – Aslanbek Alborov – Zviad Metreveli 10:0
125 kq – Cəmaləddin Məhəmmədov – Geno Petriaşvili 7:13
III Round
Azərbaycan – ABŞ (17 fevral, saat 09:30)
VOİCEPRESS.AZ