Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, yarış 4-5 mart tarixlərində Bağcılar İdman Kompleksində təşkil olunacaq.
Hazırda yığmanın 20 üzvü İstanbulda baş məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında hazırlıq keçir. Təlim-məşq toplanışına Azərbaycan və Türkiyə ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandaları da qatılıb.
Qeyd edək ki, fevralın 11-də start götürən toplanış martın 3-dək davam edəcək.
VOİCEPRESS.AZ