Güclü qar səbəbindən Lənkəranda bir neçə ev qəzalı vəziyyətə düşüb

15 Fevral, 15:29

Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb

Bir neçə gün davam edən intensiv qar Lənkəranda da fəsadsız ötüşməyib. Yağan qarın ağırlıqına tab gətirməyən bir neçə ev qəzalı vəziyyətə düşüb.

VOİCEPRESS
-in cənub bürosunun verdiyi məlumata görə, rayonun Balıqçılar qəsəbəsində yağan qar səbəbindən 3 yaşayış evi,5 tövlə qəzalı vəziyyətə düşüb. Qəsəbənin icra numayəndəsi Məlik Abışovun verdiyi məlumata görə, qəzalı vəziyyətə düşən evlər ötən əsrin ortalarında inşa olunmuş istismar müddəti bitən binalardır.

Məlik Abışov artıq qəzalı evlərə baxış keçirildiyini və məsələ ilə bağlı FHN-nin və digər aidiyyatı qurumların məlumatlandırıldığını bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here