Gecə yatmazdan əvvəl bir çay qaşığı bal yesəniz…

4 Fevral, 19:20

Gündə orta hesabla səkkiz saat yatmaq zәrurәtinә baxmayaraq, hər üç nәfәrdәn biri yuxusuzluqdan әziyyәt çәkir.

Bir çay qaşığı bal, ehtiva etdiyi qlükoza ilə beyninizin oreksin istehsalına təsir edər. Oreksin ifrazı azaldıqda isə, bədən yuxu vəziyyətinə keçir. Bu səbəbdən də, gecə yatmadan öncə bir çay qaşığı bal yemək lazımdır.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, bundan əlavə, banan da rahat bir yuxu üçün təsirlidir. Onun tərkibinə maqnezium daxildir. Banan həmçinin keyfiyyətli yuxunu təmin edən seratonin və melatonin hormonları baxımından da zəngindir.

Badam da triptofan baxımından zəngin bir qidadır. Bundan əlavə, banan kimi maqnezium ehtiva edir. Bu səbəbdən də, yuxu üçün səmərəli bir seçimdir.

Yulafın tərkibinə qaranlıqda ifraz olunan yuxu hormonu melatonin daxildir. Həmçinin o, insulin istehsalını hərəkətə gətirir və yuxuya getməyə köməkçi olur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here