Anqolada futbol oyunu zamanı düşən basırıqda 17 nəfər ölüb.
VOİCEPRESS “report”a istinadən bildirir ki, faciə cümə günü ölkənin şimalında yerləşən Uiqe şəhərində baş verib.
“Kütlə içərisində olan insanlar yıxılanların üzərinə çıxmaq məcburiyyətində qalıblar. 76 nəfər xəsarət alıb, onlardan 17-si ölüb”, – deyə yerli xəstəxananın baş həkimi Ernesto Luis bildirib.
Basırığa nəyin səbəb olduğu bildirilmir.
[]
VOİCEPRESS.AZ