Filippində baş verən zəlzələ nəticəsində iki nəfər xəsarət alıb, bir neçə yaşayış evinə ziyan dəyib.
VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, bəzi ərazilərdə elektrik enerjisi kəsilib.
Bu gün Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Butuan şəhərindən 96 km, Talisay şəhərindən isə 2 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
VOİCEPRESS.AZ