Diasporla İş üzrə Dövlət Komitəsindən VOİCEPRESS-ə verilən məlumata görə, Ziyad Abu Amrin Forumda terrorizmlə mübarəzəyə dair çıxışı nəzərdə tutulub. “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?” adlı paneldə Ziyad Abu Amr müasir dövrdə terrorizmlə mübarizədə qalib gəlməyin yolları, strategiyası barədə fikir və təkliflərini bildirəcək.
Terrorizmlə mübarəzəyə həsr olunmuş panel müzakirələrdə Fələstin Baş nazirinin müavini ilə yanaşı, İordaniya Senatının sədri Feysəl əl-Fayez, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Feysəl Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki ibn Feysəl və digər ictimai-siyasi xadimlərin iştirakı nəzərdə tutulub.
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
VOİCEPRESS.AZ