“Facebook”da daha bir yenilik

7 Fevral, 07:34

“Facebook” sosial şəbəkəsinə yeni tanışlıqlar tapmaq, ünsiyyət yaratmaq, iş və romantik münasibətlər qurmağa imkan verəcək yeni seçimlər əlavə edilib.



VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, Avstraliya və Yeni Zelandiyada istifadəçi seqmentində sınaqlardan sonra “Discover People” adlanan müvafiq bölmə ümumi istifadəyə verilib. Bundan sonra “Discover People” “Tinder” və “Bumble” kimi əlavələrlə rəqabət aparacaq.

Yeni əlavəni istifadəçi interfeysinin sağ aşağı küncündə yerləşən “Daha artıq” menyu panelində tapmaq mümkündür. Burada eyni görüş yerlərinə getmək məqsədində olan və ya eyni iş axtaranlar, yaxud eyni şəhərdə yaşayan insanları görmək mümkündür. Filtrlərin sayı olduqca müxtəlif olub maraqlı müsahiblər və işgüzar tərəfdaşlar, həmçinin insanın yarını tapmağa imkan verir.

“Discover People” qısa profilində istifadəçilər özlərinin şəkillərini yerləşdirə bilərlər. Həmçinin özləri, maraqları və təşəbbüsləri barədə məlumatları dərc edə bilərlər. Bu, istifadəçinin özü üçün oxşar məqsədlər və baxışlarla uyğun gələn tanış tapmağa imkan verəcək.

[b]VOİCEPRESS.AZ[/b

]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here