“Facebook” istifadəçilərin xəbər lentində videonu səsli şəkildə avtomatik göstərəcək

0
314791

“Facebook” sosial şəbəkəsi sosial şəbəkənin mobil proqramında istifadəçilərin xəbər lentində videoçarxların nümayişi və avtomatik göstərilməsi ilə bağlı bir sıra yeniliklər elan edib. Şirkətin bloqunda yeni funksiyaların təsviri dərc edilib.

VOİCEPRESS xəbər verir ki, “Facebook”un mobil proqramı istifadəçilərin xəbər lentində görsənən çarxları səsli şəkildə avtomatik göstərəcək. Əvvəllər istifadəçilər səsi qoşmaq üçün ekrana toxunuş etməli idi. Şirkətin nümayəndələri bildirib ki, sınaqlar zamanı yeni iş rejimi ilə bağlı müsbət fikirlər söylənilib, amma istəkdən asılı olaraq istifadəçilər proqramın sazlamasında avtomatik göstərməni deaktiv edə bilərlər. Bundan başqa, mobil qurğuda səs söndürülmüş olduqda video səssiz göstəriləcək.

Digər yenilik ondan ibarətdir ki, istifadəçilər çarxları kiçik pəncərəyə almaqla ekranın istənilən küncünə yerləşdirə bilərlər. Beləliklə, xəbər lentini vərəqləməklə eyni anda videoya baxmaq imkanı mövcuddur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here