Dağlıq Qarabağda erməni hərbçi ölüb.
VOİCEPRESS xəbər verir ki, bu barədə Ermənistanın İstintaq İdarəsi məlumat yayıb.
Məlumata əsasən, fevralın 23-də saat 00:45-də müqavilə əsasında xidmət edən hərbçi 1991-ci il təvəllüdlü Qor Frunzik Xudinyanın meyiti tapılıb. O, naməlum şəraitdə ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qarabağda müqavilə əsasında xidmət aparan Qor Frunzik Xudinyanın ölümü ilə bağlı yeni detallar məlum olub.
VOİCEPRESS bildirir ki, erməni KİV-lərinin məlumatına görə, Xudinyan ötən gün Azərbaycanın mövqelərini atəşə tutarkən əlindəki silahın partlaması nəticəsinə ölüb.
VOİCEPRESS.AZ