Fevralın 23-də başlayacaq səfər iki gün davam edəcək
Ermənistan baş naziri Karen Karapetyan fevralın 23-də Gürcüstana səfər edəcək. VOİCEPRESS Ermənistanın rəsmi hökümət saytına istinadən xəbər verir ki, fevralın 23-də başlayacaq səfər iki gün davam edəcək.
Hökümət tam heyətlə Gürcütana səfər edəcək. Səfər zamanı K. Karapetyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşlər keçirəcək. Görüşlər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq.
VOİCEPRESS.AZ