“Erməni soyqırımçıları bilsinlər ki, Xocalı soyqırımının təqibçisi olacağıq!”

21 Fevral, 10:53

“Ermənilər tərəfindən işlənmiş bir insanlıq günahını bütün dünyaya dəqiqliklə çatdırmaq lazımdı”.

VOİCEPRESS
xəbər verir ki, Türk Dünyası İnsan Haqları təşkilatının həmsədri Abdullah Buksur Modern.az-a deyib ki, 1992-ci ilin 26 fevral gecəsində ermənilərin Xocalıda soyqırımı törətdiyi hələ də tam olaraq dünyaya çatdırılmayıb.

“İnsan haqları təşkilatı olaraq məqsədimiz bütün dünyanın bu soyqırımını anlaması və qəbul etməsidir. Erməni gücləri bölgədəki 366-cı alayın da dəstəyi ilə giriş və çıxışları bağlayıb, “Cenevrə müqaviləsi”nə, Birləşmiş Millətlər Təşkilatının “İnsan hüquqları bəyannaməsi”nə, “Vətəndaşlıq və siyasi hüquqlar haqqında Konvensiya”nə, “Hərbi qarşıdurma vaxtı və atəşkəs zamanında qadın və uşaqların qorunması müqaviləsi”nə zidd olaraq soyqırımı törədiblər. Bu, heç bir konvensiyada, bəyannamədə yeri olmayan bir qətliamdı. Biz dünyada keçirdiyimiz “Xocalıya ədalət” tədbirlərində Ermənistan ordusunun Xocalıda etdiklərini çatdırmaga çalışırıq”.

Abdullah Buksur Xocalı soyqırımının tanınması üçün beynəlxalq təşkilatlara faktı təsdiqləyən sənədlər, videomateriallar təqdim edildiyini bildirir. Həmsədrin, onun fikrincə, erməni ordusunun reallaşdırdığı bu qırğını soyqırımı kimi tanımaq üçün konkret konvensiyaalr var.

“Birləşmiş Millətlər Təşkilatının, 1948-ci ildə soyqırımı günahını qarşısının alınması və cəzalandırma anlaşması”nda (Convention on the Prevention and Punishment of the Crime of Genocide) soyqırımı rəsmən bir beynəlxalq insanlıq suçu olaraq təyin edib. Beş maddədən ibarət olan bu razılaşmanın üç kateqoriyası Xocalıda vəhşicəsinə yaşanıb.
1. Hər hansı bir qrupa mənsub olanların öldürülməsi; (Xocalıda öldürülənlərin tək günahı erməni olmamakdı)
2. Hər hansı bir qrupun mənsublarına ciddi surətdə fiziki və ya zehni zərər verilməsi; (uşaqların üzərində edilən dərman sınaqları, bədənlərinə qızdırılmış dəmirlərlə xaç işarələri basılması)
3. Hər hansı bir qrupun tamamilə və ya qismən, fiziki varlığını ortadan qaldıracağı hesablanaraq, həyat şərtlərini qəsdən dəyişdirmək; (bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil).

Biz də bu konvensiyaya dayanaraq “Xocalı üçün ədalət” istəyirik. Xocalı soyqırımını törədən və Ermənistanı o dövrdə idarə edənlərin hesab verməsini istəyirik”.


Abdullah Buksur deyir ki, onlar hesab vermədikcə, dünyada soyqırımları yaşanacaq.

“Xocalı qətliamı Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki insanlara edilən kütləvi qırğındır. “Xocalı üçün ədalət” kampaniyası 2009-ci ilin 26 fevralında başlayib. Hal-hazırda 30-dan çox ölkədə müvəffəqiyyətlə davam edir. Hər il 26 fevralda ümid edirik ki, biz bu qətliamı soyqırımı kimi tanıda bilərik. Təəssüf ki hələ, Xocalı da yaşananlar soyqırımı olaraq tanınmayıb. Amma erməni soyqırımçıları bilsinlər ki, işləmiş olduqları insanlıq günahı cəzasız qalmayacaq. Bizlər insanlıq adına bu qətliamın təqibçisi olacağıq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here