Ermənilərə son illər ərzində cəbhədə ən ağır şok yaşadan və zərbə vuran aprel döyüşlərinin ildönümü yaxınlaşdıqca qarşı tərəfin qorxuları da artır. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün daha bir hərbi əməliyyat edəcəyindən qorxurlar.
VOİCEPRESS xəbər verir ki, “ru.1in.am”a açıqlama verən politoloq düşünür ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı real diplomatik proses ancaq hərbi əməliyyatların növbəti mərhələsindən sonra mümkün olacaq.
“Düşünürəm ki, rusiyalı və azərbaycanlı XİN rəhbərləri son görüşləri zamanı “Lavrov planı” üzərində diqqət cəmləyiblər. Ümumiyyətlə Rusiya bu gün Azərbaycan və Ermənistanın silah tədarükçüsündən daha böyük bir qüvvədir. Rusiya Dağlıq Qarabağa sülhməramlılar yerləşdirməklə region üçün çox təhlükəli addım ata bilər. Bu vəziyyət daha ciddidir”.
“Qarabağ ətrafında hazırda nə baş verir, hansı proseslər gedir?” sualına cavabında isə politoloq belə deyib. “Əgər açıq danışsaq heç nə. Və bu çox təhlükəlidir. Diplomatiya dalana dirənib. Bu problemin geosiyasi marağı da yoxdur. Bu halda Azərbaycanın yaxın aylarda hücuma keçəcəyi real dinamik faktordur”.
Kirakosyanın sözlərinə görə, Azərbaycanı daha bir hərbi əməliyyatdan heç kim və heç nə saxlaya bilməz. Bunun üçün ciddi qabaqlayıcı mexanizm yoxdur.
VOİCEPRESS.AZ