Erməni podpolkovnik öldürüldü

8 Fevral, 17:25

Qarabağda gedən döyüşlərdə erməni ordusunun mühəndis qoşunlarının 38 yaşlı podpolkovniki Geqam Manukyan da ölənlər arasındadır.

VOİCEPRESS xəbər verir ki, bu barədə virtualaz.org-a Qarabağdakı mənbələr bildiriblər. O, mühəndis-istehkam qoşunlarında xidmət edirmiş. Mənbələrin bildirdiyinə görə, bu gün səhər saatlarından etibarən Xankəndi hospitalına yaralılar daşıyırlar. Hospitalda yaralıların sayının getdikcə artdığı bildirilir, morqda isə azı 5 əsgər cəsədi var. Mənbəmiz həmin hərbçilərin adlarını və soyadlarını dəqiqləşdirməyə çalışır.

Qeyd edək ki, separatçı erməni rejiminin “müdafiə nazirliyi”nin bildirdiyinə görə, bu gün fevralın 8-də saat 11.00 radələrində təmas xəttinin şimal istiqamətində 1979-cu ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbçi Geqam Manukyan öldürülüb. Bundan əlavə saat 12.00 radələrində təmas xəttinin Ağdərə istiqamətində həqiqi hərbi xidmət keçən əsgər Koryun Kirakosyan ağır yaralanıb.

Erməni KİV-ləri xəbər verir ki, bu gün günorta radələrində Ağdərə istiqamətində yaralanan əsgər Koryun Kirakosyanın vəziyyəti kirtikdir, o, Xankəndi hospitalına çatdırılıb və hazırda əməliyyat olunur. Güllə Kirakosyanın başından dəyib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gün axşam saatlarında erməni silahlı birləşmələrinin ordumuzun mövqelərinə toplardan və minomyotlardan atəş açaraq diversiya həyata keçirməyə çalışdığını bildirib. Nəticədə düşmən mövqelərinə artilleriyadan cavab zərbələri endirilib, ermənilərin istehkam qurğuları dağıdılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here