Ərdoğandan Merkelə etiraz: “Bu ifadə doğru deyil”

2 Fevral, 20:54

Ərdoğandan Merkelə etiraz: “Bu ifadə doğru deyil”

Almaniya kansleri Angela Merkel Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

VOİCEPRESS Türkiyə KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında İŞİD-dən danışarkən A.Merkelin “islamist terror” ifadəsi işlətməsi R.T.Ərdoğanın etirazına səbəb olub.

O deyib: “İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadədən istifadə doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here