Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün Pakistana rəsmi səfər gedib.
VOİCEPRESS Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğan, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, Baş qərargah rəisi Hulusi Akar, eləcə də bir çox jurnalist müşayiət edib.
KİV üzvləri arasında “Star TV”də “Xəbərlər” proqramının aparıcısı Nazlı Çelik də olub. Prezident təyyarədə olarkən aparıcının siqaret çəkdiyini öyrənib və ondan siqaret paketini alaraq zibilliyə tullayıb.
Prezident bununla qane olmayaraq N.Çelikdən siqareti tərk edəcəyinə dair yazılı vəd alıb. Qadın aparıcı Ərdoğanın bu istəyinə qarşı könülsüz də olsa, onunla razılaşaraq bir daha siqaret çəkməyəcəyinə dair qeydin altına imza atmaq məcburiyyətində qalıb.
VOİCEPRESS.AZ