Elmar Məmmədyarov: ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyətindən Azərbaycan narahatdır

18 Fevral, 17:59

Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurts və ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.

XİN-dən VOİCEPRESS-ə verilən məlumata görə, görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu diqqətə çatdırıblar.

Tərəflər ATƏT-ın gündəliyində duran məsələlər və Fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.

Görüşdə ATƏT-in Yerevan ofisi ilə əlaqədar olan məsələlər müzakirə olunub. Nazir E.Məmmədyarov ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərin nəzərinə çatdırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here