VOİCEPRESS xəbər verir ki, bu barədə trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransındakı çıxışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, dövlət başçısı çıxışında dünya ictimaiyyətinin fikrini mühüm məsələlərə yönəldib: “Bu ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri əhatə etdirdi. Prezident Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələri ilə bağlı faktları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda münaqişənin həllində beynəlxalq təşkilatların, beynəlxalq birliyin ikili yanaşma tərzini tənqid etdi. Dövlət başçısı qeyd etdi ki, bununla bağlı beynəlxalq təşkilatlar, BMT Təhlükəsizlik Şurası müvafiq qətnamələr qəbul edib, lakin həmin qətnamələrin icrası baş tutmur. Ermənistan həmin qətnamələri nəzərə almır, beynəlxalq hüquq prinsiplərinə məhəl qoymur. Biz bir çox hallarda beynəlxalq təşkilatların qərarlarının qısa zamanda həllinin şahidi olmuşuq. Bunlar tənqid olunası məslələlərdir və dövlət başçısı bu məsələlərlə bağlı öz fikrini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı”.
E.Nəsirov deyib ki, prezident İlham Əliyev görüşlər çərçivəsində həmçinin Azərbaycanın enerji siyasətindən də danışıb:
“Dövlət başçısı qeyd etdi ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Eyni zamanda dövlət başçısı təkcə enerji təhlükəsizliyi deyil, nəqliyyat sahəsində də Azərbaycanın tutduğu mövqedən danışdı. Çünki Azərbaycan bu gün həm də qlobal nəqliyyat dəhlizi funksiyasını həyata keçirir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri reallaşmaqdadır ki, bu dəhlizlər də Azərbaycanın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.
Prezident İlham Əliyev həmçinin bildirdi ki, Ermənistanın təcavüzkar siyasəti olmasaydı, Azərbaycanın daha böyük nailiyyətləri ola bilərdi. Əgər beynəlxalq aləm Ermənistana təzyiq etsə, ermənilərə qarşı sanksiyalarını işə salsa, Azərbaycan daha sürətlə inkişaf edər, region daha təhlükəsiz olar. Ermənistanın yeritdiyi təcavüzkar siyasət region üçün çox ciddi təhlükədir. Bu istiqamətdə beynəlxalq hüquqa söykənən ciddi addımlar atılmalıdır, əks halda ciddi fəsadlar törədəcək proseslər baş verə bilər”.
VOİCEPRESS.AZ