Əli Həsənov: Mehriban xanım Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək

25 Fevral, 14:44

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək.

VOİCEPRESSin məlumatına görə, bunu fevralın 25-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov müəllifi olduğu “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatında çıxışında deyib.

Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edən Ə.Həsənov qeyd edib ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə çox xeyir gətirəcək:

“Qarşıdakı illərdə siz Azərbaycanda dövlət idarəçiliyindəki dinamizmi də müşahidə edəcəksiniz. Mehriban xanımın dinamik xarakterinin dövlət idarəçiliyinə də sirayət edəcəyinin şahidi olacaqsınız”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here