Əli Əhmədovdan Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirən 25 uşağın mənzillə təminatına münasibət

25 Fevral, 12:13

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirən 25 uşağın mənzillə təminatına münasibət bildirib.

VOİCEPRESS
-in məlumatına görə, Baş nazirin müavini jurnalistlərə deyib ki, Qarabağ müharibəsi şəhidlərinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin təmin olunması üçün Azərbaycan dövləti lazımi addımlar atır və imkanı daxilində bütün tədbirləri görür.

Ə.Əhmədov qeyd edib ki, Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da bütün zəruri köməkliklər göstərilir, onlar üçün şərait yaradılır:

“Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb. Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırılarsa, Azərbaycan hökuməti buna müsbət yanaşacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here