VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, E.Barak “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı prezident panelində çıxışı nəzərdə tutulub.
Panel müzakirələrdə E.Barakla yanaşı, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, tanınmış jurnalist, “CNN” telekanalının aparıcısı Farid Zakariyanın iştirakı planlaşdırılır.
Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir martın 16-17-də olacaq. Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq. Müzakirələrdə dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlər iştirak edəcək.
Forumun işində 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçıları, hökumət rəhbərləri, çox sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlərin iştirakı gözlənilir.
VOİCEPRESS.AZ