Əflatun Amaşov:- “Onlayn mediaya dövlət tərəfindən maliyyə ayrılsa…”
Milli Məclisin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov internet medianın statusunun müəyyənləşdirilməsi məsələsini qaldırıb.
VOİCEPRESS -in verdiyi məlumata görə, deputat bildirib ki, domen və hostinq alan insanların bəziləri, internetdə istədiyini yazır.
Onun sözlərinə görə, bunları məhkəmə müstəvisində həll etmək çətindir .
“Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Buna görə də, təklif edirəm ki, internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Bununla yanaşı, onlayn mediaya dövlət tərəfindən maliyyə ayrılsa, bu, yaxşı olar”-deyə Əflatun Amaşov bildirib.
VOİCEPRESS.AZ