Respublika Prezidenti İlham Əliyevin cəbhə bölgələrinə xüsusi qayğı və diqqəti Ağdam rayonunun sosial-iqtisadi inkişafında, rayon əhalisinin həyat şəraitinin ildən-ilə yaxşılaşmasında özünü qabarıq şəkildə göstərir. Bölgədə infrastruktur layihələri uğurla icra edilir. Sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Əhalinin faydalı məşğulluğunun təminatına, yeni iş yerlərinin yaradılmasına böyük önəm verilir. Dövlətin qayğısından güc alan ağdamlılar abadlıq, təmir tikinti işlərini müvəffəqiyyətlə davam etdirirlər.
Fevralın 16-da Quzanlı qəsəbəsinin mədəniyyət sarayında keçirilən Ağdam rayonunun 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında ötən ilin nəticələri geniş təhlil olunmuş, rayon sakinlərinin ölkə iqtisadiyyatının daha da gücləndirilməsinə sanballı töhfələr vermək əzmi ifadə edilmişdir. Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun məruzəsində və yığıncaqda dinlənilən ayrı-ayrı çıxışlarda ordumuzun keçən ilin aprelində reallaşdırdığı uğurlu döyüş əməliyyatının yaratdığı yüksək əhval-ruhiyyə, strateji əhəmiyyətə malik yüksəkliklərin, xeyli ərazinin düşmən işğalından azad edilməsindən doğan məmnunluq, yaxınlaşan qələbə sorağı dönə-dönə vurğulandı. Bütün tarixi məqamlarda ümummilli lider Heydər Əliyev siyasi kursuna sədaqət nümunəsi göstərən ağdamlılar öz mövqelərində bu gün də sabit və dəyişməzdilər. Bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşən ağdamlılar birmənalı şəkildə inanırlar ki, tezliklə düşmən üzərində tam və qəti qələbə qazanılacaq, uzun illərdən bəri həsrət qaldıqları doğma yurda dönəcəklər. Dövlət başçısı böyük qayıdışa artıq start vermişdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlayan qayığış dalğası ən yaxın zamanda Ağdama, Füzuliyə, Şuşaya, Laçına, Kəlbəcərə… istiqamət götürəcəkdir. Zaman-zaman könüllərdə nisgilləşən bu arzunun gerçəkləşəcəyinə indi heç kəs şübhə etmir. Ərazilərinin dörddə üç hissəsi düşmən tapdağında qalan ağdamlılar doğma yurd-yuvalarına qayığışı səbirsizliklə gözləyirlər.
Yığıncaqda Prezident İlham Əliyevin cəbhə bölgəsi olan Ağdama və ağdamlılara xüsusi qayğısı, isti münasibəti dönə-dönə minnətdarlıqla vurğulandı. Qeyd edildi ki, keçən ilin aprel döyüşlərində erməni silahlı birləşmələrinin Ağdam rayonunun qoşunların təmas xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutması nəticəsində rayon iqtisadiyyatına ciddi ziyan vurulmuşdur. Nəticədə mülki əhalidən 3 nəfər həlak olmuş, 14 nəfər yaralanmış, 150 başdan çox mal-qara tələf olmuş, 500-dən artıq evə ziyan dəymişdir. Vəziyyətlə yerində tanış olmaq üçün Respublika Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 1-də Ağdama səfər etdilər. Mahrızlı kəndində top mərmisinin dağıtdığı evə baxıb rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Rayon sakinləri ilə səmimi söhbətində dövlət başçısı bildirdi ki, düşmənin vurduğu zərər ən yaxın zamanda və tamamilə aradan qaldırılacaqdır. Prezident İlham Əliyev ağdamlıların heç zaman unutmayacağı bu tarixi görüşdə real vəziyyəti qiymətləndirərək qeyd etdi ki, baxmayaraq ki, başınızın üstündən mərmilər uçur, evlər dağılır, insanlar həlak olur, yaralanır. Siz burada möhkəm durmaqla yanaşı qurub-yaradırsınız. Mən və Azərbaycan xalqı sizinlə qürur duyuruq. Bu, Prezidentin Ağdam camaatının hünərinə, iradəsinə verdiyi böyük qiymətidir.
Mayın 2-də Prezident İlham Əliyev “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayaraq Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayırdı. Hər zaman olduğu kimi dövlət başçısının verdiyi söz real həyatda gerçəkləşdi. Mülki əhalinin evlərinə dəymiş ziyan qısa müddət ərzində tamamilə aradan qaldırıldı. Belə ki, 8 ailəyə yeni ev tikildi, 15 ev bərpa olundu. 27 ev əsaslı, ziyan çəkmiş digər evlər isə cari təmir olundu.
Yığıncaq iştirakçıları Prezident İlham Əliyevin keçən il ikinci dəfə Ağdama səfər etməsini xüsusi minnətdarlıqla vurğuladılar. Dekabrın 3-də xanımı ilə birlikdə Ağdama gələn dövlət başçısı Mahrızlı kəndində yanmış evin əvəzinə yeni tikilmiş evə baxdı, ailə üzvlərinə xoş və firavan həyat arzuladı.
Prezidentin bu dəfəki səfəri də əlamətdar hadisələrlə zəngin idi. Dövlət başçısı Azərbaycanın müsiqi beşiyi sayılan Ağdamda Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak etməklə bütün Qarabağ camaatına bir dünya sevinc bəxş etdi. Qədirbilən ağdamlılar xalqımızın ümummilli lideri Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramın ifadəsi olaraq Quzanlı qəsəbəsində möhtəşəm “Heydər Əliyev mərkəzi” ucaltmışlar. Ümumi sahəsi 1900 kvadratmetr olan binanın tikintisi yüksək səviyyədə həyata keçirilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Heydər Əliyev Mərkəzi”nin və Bayraq Muzeyinin açılış mərasimlərində iştirak etdilər.
Ağdam rayonunun inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev 2016-cı il dekabrın 7-də imzaladığı “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla 3 milyon manat, o cümlədən 30 subartezian quyusunun qazılması üçün 2 milyon manat, qəzalı vəziyyətdə olan ictimai binalarda yaşayan 20 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə 1 milyon manat vəsait ayırdı. Bütün bunlar cəbhə bölgəsində yaşayan əhalinin həyat şəraitini yaxşılaşdırmağa hesablanan dövlət qayğısının ifadəsidir. Bu ağdamlılarda böyük minnətdarlıq hissi doğurur.
Hesabat ilinin əvvəllərində cəbhə xəttində olan gərginlik müəyyən çətinliklər yaratsa da, rayonda təsərrüfat, tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Dövlət başçısının kənd təsərrüfatını, xüsusilə pambıqçılığı və baramaçılığın inkişaf etdirmək üçün verdiyi tapşırıq və tövsiyyələrlə əlaqədar rayonda zəruri tədbirlər görülmüşdür. Keçən il rayonda 833.4 ton pambıq, 2450 kiloqram barama istehsal olunmuşdur. 2016-cı ildə 57.563 ton taxıl istehsal edilmiş, hər hektarda orta məhsuldarlıq 32.2 sentner olmuşdur. İl ərzində 49.806 ton tərəvəz, 7.607 ton kartof, 992 ton meyvə, 7948 ton şəkər çuğunduru istehsal edilmişdir. Heyvandarlıq sahəsində də diqqət çəkən uğurlar qazanılmışdır. Mal-qaranın sayı 765 baş artırılaraq 40518 başa, qoyunların sayı 1169 baş artırılaraq 105.724 başa çatdırılmış, 4209 ton ət, 34.168 ton süd, 8.5 milyon yumurta, 157.1 ton yun istehsal olunmuşdur. Qeyd etmək lazımdır ki, fərəh doğuran bu rəqəmlərin arxasında atəşkəsin demək olar ki, hər gün pozulduğu, ölüm saçan güllələrin uçduğu cəbhə bölgəsində yaşayan hünərvər, Ağdam kəndlisinin gərgin əməyi, halal zəhməti dayanır. Aqrar sektorun dinamik inkişafını təmin etmək üçün görülən tədbirlər də təqdirəlayiqdir. Bu il 3000 hektar sahədə pambıq əkmək nəzərdə tutulub. Bu məqsədlə torpaq istifadəçiləri ilə müqavilələr bağlanmışdır. Şum və torpağın qış aratına qoyulması davam etdirilir. Baramaçılığın yem bazasını möhkəmləndirmək üçün 40 min tut tingi əkilmişdir.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etdi, 2017-ci ilin vəzifələri də geniş müzakirə olundu. Tikinti, abadlıq, quruculuq işlərini, əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq üçün tədbirləri davam etdirmək qərara alındı. Quzanlı qəsəbəsində Muğam mərkəzinin, xalçaçılıq müəssisəsinin, 360 şagird yerlik tam orta məktəbin tikintisini, Mahrızlı kənd tam orta məktəbinin, Səfərli və İmamqulubəyli kənd uşaq baxçalarının əsaslı təmirini başa çatdırmaq cari ilin qayğıları sırasında yer alan vəzifələrdir. Bu il həmçinin 20 məcburi köçkün ailəsi üçün fərdi evlər tikiləcək, ayrı-ayrı kəndlərdə 30 subartezian quyusu qazılacaqdır. Heydər Əliyev parkı yenidən qurulacaq, boks məktəbi inşa olunacaq, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Həsənxanlı avtomobil yolları əsas təmir ediləcəkdir.
Yığıncaqda Milli Məclisin deputatları Bəxtiyar Sadıqov və Elton Məmmədov çıxış edərək cəbhə bölgəsinə dövlətin davamlı qayğısından, milli ordumuzun gündən-günə artan qüdrətindən, xalq-ordu birliyinin yenilməz gücündən danışmışlar.

Azərbaycan qəzeti