Dollar üçün kritik qərar açıqlandı

23 Fevral, 13:40

FED uçot dərəcəsini artıracaq

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan edib. VOİCEPRESS xəbər verir ki, bu barədə təşkilatın iki gün davam edən iclasının yekunlarına dair məlumatda deyilir. FED-in Açıq Bazar Komitəsi üzvlərinin qənaətinə əsasən, ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri artımı labüd edəcək. FED rəsmiləri, dollarda möhkəmlənmənin və tətbiq olunacaq potensial siyasətlərin aşağı istiqamətdə risk faktoru olduğunu bildirərkən, risk amillərinin də mövcud olduğunu bildirib.

Nəticədə ölkənin monetar siyasətin indiki səviyyədə saxlamaq üçün komitənin bütün üzvləri, o cümlədən sədr Cennet Yellen yekdilliklə səs verib. Qurumun növbəti iclası martın 14-15-də keçiriləcək

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here