DİN və DTX Qəbələdə əməliyyat keçirdilər – YENİLƏNİB

3 Fevral, 14:23

DİN və DTX Qəbələdə əməliyyat keçirdilər – YENİLƏNİB

13:52

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə qanunsuz dini ədəbiyyatlarla bağlı əməliyyat keçirilməsi barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, DİN-in Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

———

13:02

Dövlət Təhlükəsizlyi Nazirliyi (DTX) və polis Qəbələdə birgə əməliyyat keçirib.

VOİCEPRESS azvision.az-a istinadən xəbər verir ki, DTX-nin Qəbələ rayon şöbəsi və Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları rayonun Bum qəsəbə sakinləri – Gülçöhrə Əliyeva, Mahir Musayev və Əfqan Aslanovun yaşadıqları evlərdə axtarış aparıb.

Axtarış zamanı çoxsaylı dini təyinatlı kitab, CD və DVD, yaddaş kartı, jurnal, qeydiyyat dəftəri, bir ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və bir ədəd bıçaq aşkar edilərək götürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here