Dərman içərkən buna diqqət edin

12 Fevral, 22:50

65 yaş və yuxarı olan fərdlərdə orta hesabla iki litr suyun içilmәsini ideal olduğunu söyləyən mütəxəssislər, bu yaşlardan etibarən nizamlı dərman istifadəsində artım görüldüyünü vurğulayıb.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, ekspertlər yalnız dərmanı udacaq qədər deyil, hər dərman üçün bir stəkan su içmәyin vacibliyini qeyd ediblər. Bu sayədə, gündəlik suya olan ehtiyacının əhəmiyyətli bir hissəsi ödәnәcәk.
Bundan əlavə, su içmәyin vacibliyini vurğulayan mütəxəssislər bəzi tövsiyələr verirlər:
-Səhər oyandığınızda və gecə yatarkən su içməyi vərdiş halına gətirin.
-Maye istehlakını artırmaq üçün cökə, nanə, kəklikotu kimi bitki çayları içə bilərsiniz.
-Gündə təxminən 8-10 stəkan su içməyi unutmayın.
-İçdiyimiz sularda belə tapıla bilən ağır metallardan xilas olmanın ən asan yolu təmizlənmiş su istehlak etməkdir. Sağlam suyun arıdılmış və yaxşı şərtlərdə saxlanmalıdır. Ən yaxşı saxlama şərti də şüşə qabdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here