Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin fərmanı tam zamanında atılmış addımdır.
VOİCEPRESS bildirir ki, bunu trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
VOİCEPRESS bildirir ki, bunu trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Prezident İlham Əliyev Azərbayan əhalisinin rifah halının yaxşılaşmasına, o cümlədən qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir: “Bu əlavə tədbirlərlə bağlı verilmiş fərman qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti bir addımdır”.
Deputat əlavə edib ki, məcburi köçkünlər fərmandan razılıqlarını bildirirlər: “Məcburi köçkünlər Azərbaycan prezidentinin yanında olduqlarını, onun siyasətini daim dəstəklədiklərini bildirirlər”.
VOİCEPRESS.AZ